Studienkolleg və Bakalavr

Tarix: 15-02-2017, 10:32  |  Baxılıb: 5323

Studienkolleg və Bakalavr pilləsinə qəbul prosesi və tələb olunan sənədlərin siyahısı

Alman universitetlərinə qəbul proqramı ildə 2 dəfə, payızda (sentyabr, oktyabr) və qışda (mart, aprel) aparılır. Bu proqram vasitəsiylə həm 11-ci sinif abituriyyentləri, həm də hazırda oxuduğunuz universitetdən alman universitetlərinə keçid edərək, təhsilinizi davam etdirə bilərsiniz.

Almaniyada ali təhsil məktəblərinin (Studienkolleg) növləri:

Ümumi və Texniki Universitetlər – Universitetlərdə fakultədən asılı olaraq həm ingiliscə, həm də almanca təhsil almaq mümkündür. Yalnız tibb və hüquq sahələrində təhsil ancaq almancadır.
Tətbiqi elmlər Universitetləri –Hazırda həm bakalavr, həm də magistratura pillələrində bu universitetlərdə təhsil almaq mümkündür.
Konservatoriyalar və İncəsənət universitetləri – Almaniyada bir sıra musiqi, film, dizayn və s. kimi incəsənət növlərini tədris edən ali məktəblər mövcuddur. Digər ali məktəblərdən fərqli olaraq burada tələbələr yalnız qabiliyyət imtahanını keçərsə qəbul olunurlar.
Özəl Universitetlər – Dövlət universitetlərdən fərqli olaraq özəl universitetlər ödənişlidir

Studienkolleg:
Studienkollegə qəbul olmaq üçün əsas şərt orta səviyyəli alman dilini bilməkdir. Almaniyada Studienkollegə başlamazdan əvvəl alman dili bilikləri daha da yaxşılaşdırılıb imtahan verilir və Studienkollegə başlamağa haqq qazanılır. Adətən Studienkolleg 1 ildən ibarətdir, lakin 6 aya da Studienkollegi bitirmək mumkundür. İmtahan TQDK imtahanında olduğu kimi gələcəkdə oxunulacaq olan sahəyə uyğun fənnlər üzrə aparılır. Hazırda azərbaycanlı orta məktəb abituriyyentlərinin Almaniyadakı universitetlərə qəbul ola bilmələri üçün 1 illik Studienkolleg adlanan hazırlığı oxuyub qəbul imtahanını verməkdən ibarətdir.
Studienkollegdə təhsil almaq üçün aşağıdakı elektron ərizəni doldurub tələb olunan sənədləri toplayıb bizə müracit etməyiniz lazımdır.

e-Ərizə
• B1-B2 səviyyəsində Alman dili sertifikatı
• Attestat
• Xarici pasportun surəti
• Orta məktəbdən xasiyyətnamə
• Qeydiyyat üçün e-Ərizə formasının sürəti

Qeyd: Bütün sənədlər (motivasiya məktubu və sertifikatlar xaric) alman dilinə tərcümə-təsdiq olunmalıdır.

Universitetin Bakalavr pilləsi:
Almaniyada universitetin bakalavr pillesinde oxumaq üçün iki formada qəbul prosesi mümkündür. Studienkollegi bitirdikdən sonra məzunu plduğunuz ixtisasın bakalavr pilləsi üzrə təhsilinizi davam edtdirmək yaxud da Azərbaycanda TQDK qəbul imtahanını verib təhsil aldığıız fakultəyə qəbul olunaraq ən azı 1 il yarım oxuduqdan sonra uyğun ixtisas üzrə Almaniyada bakalavr pillesinde tehsilini davam etdire biler. Almaniya və Azərbaycan orta təhsil sisteminin bir-birinə uyğun gəlməməsidir. Almaniyada yeni tehsil islahatlarından sonra orta təhsil sistemində təhsil ili 12 ildir ki, Azərbaycanlı abituriyentlərin qalıq bir illik təhsil ilini doldurmaları üçün Studienkollegde yaxud Azırbaycanda uyğun ixtisas üzrə təhsil almaları mütləqdir.
Bakalavr pilləsində təhsil almaq üçün aşağıdakı elektron ərizəni doldurub tələb olunan sənədləri toplayıb bizə müracit etməyiniz lazımdır.

e-Ərizə
• Atestat, Universitet tələbələri üçün əlavə olaraq transkript (Bütün fənnlər üzrə qiymət cədvəli, kreditlər)
• Recomendation
• Tələbənin motivasiya məktubu (Ərizə-əsaslandırma)
• Alman dili bilikləri barədə sertifikat (DSH2)
• 4 ədəd 3x4 şəkil
• Passportun kopyası
• Dərəcə sertifikatları, tərifnamə və diplomlar
• Qeydiyyat üçün e-Ərizə formasının sürəti

Qeyd: Bütün sənədlər (motivasiya məktubu və sertifikatlar xaric) alman dilinə tərcümə-təsdiq olunmalıdır.
back