Regional DSH İntensiv Alman dili mərkəzinin yaranmasının 10 illik yubiley mərasimi keçirilmişdir

Tarix: 15-02-2017, 10:33  |  Baxılıb: 1710

.
Regional DSH İntensiv Alman dili mərkəzinin yaranmasının 10 illik yubiley mərasimi keçirilmişdir 21.06.13-cü il tarixində Odlar Yurdu Universiteti ilə Siegen Universitetləri arasında birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Regional DSH İntensiv Alman dili mərkəzinin yaranmasının 10 illik yubiley mərasimi keçirilmişdir. Yubileyi giriş sözü ilə universitetin rektoru, millət vəkili prof. Əhməd Vəliyev açaraq mərkəzin yaranması, 10 il müddətindəki fəaliyyəti haqqında danışmış və bu günədək 1500-dən çox məzun eyni zamanda bu məzunlardan 1000-ə yaxınının Almaniyada, habelə dünyanın Alman dilli Universitetlərində təhsil aldığını qeyd etmişdir. Sonra mərkəzin yaradıcılarından olan Sigen Universitetinin beynəlxalq əlaqələr üzrə departamentinin rəhbəri prof. Ulrich Eberhardt çıxışında, bu illər ərzindəki Azərbaycanlı gənclərin uğurlarınıdan danışmış və fəaliyyəti dövründə Odlar Yurdu Universiteti ilə etdiyi əməkdaşlıqdakı göstərdiyi diqqətə görə universitetin rektoru prof. Əhməd Vəliyevə dərin minnətdarlığını bildirmişdir. Eyni zamanda mərkəzin yaradıcılarından olan, Almaniyada təhsil almış Könül Qurbanovanın xüsusi rolu olduğunu qeyd etmişdir. Sonra tədbirdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin beynəlxalq əlaqələr üzrə nümayəndəsi İlham Hümbətov çıxış etmişdir. Tədbirdə iştirak edən DAAD təşkilatının rəhbəri xanım Nicola Ulisch Almaniyada DAAD- nin dəstəyi ilə təhsil alan Azərbaycanlı tələbələrin içində Regional DSH İntensiv Alman dili mərkəzinin məzunlarının çoxluq təşkil etdiyini qeyd etmiş və bu mərkəzin yalnız iki universitet arasında deyil həmçinin iki ölkə arasında da böyük akademik mübadilə imkanlarına yol açdığını söyləmişdir. Eyni zamanda tədbirdə mərkəzin dinləyiciləri ilə yanaşı məzunları da iştirak etmişdir. Almaniyada təhsil alan Azərbaycanlı tələbələr adından Almaniya Manhaym Uniklinikasının rezidenti Elşən Ağayev çıxış edərək nəyinki özünün eyni zamanda Almaniyada təhsil alan gənclərin həyatında Regional DSH İntensiv Alman dili mərkəzinin önəmli yeri olduğunu demiş, mərkəzin yaradılmasında əməkdaş universitetlərin rəhbərliklərinə və müəllim heyyətinə minnətdarlığını bildirmişdir.

back