Rezidenturaya qəbul

Tarix: 15-02-2017, 10:32  |  Baxılıb: 4419

Rezidenturaya qəbul prosesi və tələb olunan sənədlərin siyahısı

Almaniyada rezidentura oxumağla Siz bütün dünyada tanınan diplom əldə etmiş olacaq və klinikaların prestiji yüksək olduğundan inanılmaz kəmiyyətdə iş imkanlarına yol açmış olacaqsınız. Uzun zamandan bəri alman klinikaları ilə qurduğumuz münasibətlər və əlaqələr nəticəsində, müraciətçilərimizin rezidenturaya qəbul olunmasını təmin etmək bizim üçün çox asandır.

Faydalı məlumatlar:
Rezidenturanın müddəti: oxuyacağınız rezidentura sahəsindən asılı olaraq əsasən 5-lə 6 il arasında dəyişir. Stomatoloji rezidentura sahələri isə 1-lə 3 il arası dəyişir.
Müraciət zamanı: rezidenturaya hər zaman başlamaq olar, lakin nəzərdə tutmaq lazımdır ki, arzu olunan zamandan ən azı 6 ay əvvəl qeydiyyatdan keçməlisiniz. Ayrıca, dövlət xətti ilə oxumaq istəyənlər, oktyabr ayına qəbul almaq üçün bizə 9 ay əvvəl müraciət etməlidirlər, çünki təqaüd proqramına sənəd qəbulu avqust ayının ortasınadək aparılır. Həmin vaxta qədər siz həm rezidenturaya qəbul olduğunuz haqqında arayışa, həm də dil sertifikatına sahib olmalısınız.
Stipendiya “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyada rezidenturaya qəbul olacaq həkimlərə əvvəlcədən müəyyən olunmuş tələblərə görə təqaüd ayırılır. Təqaüd proqramına düşə bilməyiniz üçün əvvəlcədən rezidenturaya qəbul olmalısınız. Bunu da biz sizin üçün həll edirik.
Dil səviyyəsi: normalda Almaniyada rezidenturaya qəbul ola bilmək üçün minimal dil səviyyəsi B2-dir və dili bilmədən rezidenturaya qəbul olmaq mümkün deyil. Lakin siz dili bilmədən belə bizim vasitəmiz ilə rezidenturaya şərti qəbul ala bilərsiniz, həmin zaman kəsiyində də alman dilini öyrənə bilərsiniz. Alman dilini bilməyənlər üçün OYU DSH intensiv Alman dili kurslarında iştirak etməyə dəvət edirik

e-Ərizə
• Diplom və transkript (Bütün fənnlər üzrə qiymət cədvəli, kreditlər)
• Passportun kopyası
• 4 ədəd 3x4 şəkil
• Recomendation 2 ədəd
• Tələbənin motivasiya məktubu (Ərizə-əsaslandırma)
• Dil bilikləri barədə sertifikat
• Dərəcə sertifikatları, tərifnamə və diplomlar
• Qeydiyyat üçün e-Ərizə formasının sürəti

Qeyd: Bütün sənədlər (motivasiya məktubu və sertifikatlar xaric) alman dilinə tərcümə-təsdiq olunmalıdır.
back