Magistr pilləsinə qəbul

Tarix: 15-02-2017, 10:32  |  Baxılıb: 4505

Magistratura pilləsinə qəbul prosesi və tələb olunan sənədlərin siyahısı

Almaniyada magistratura pilləsində təhsil almaq üçün arzu olunan magistratura proqramına uyğun bakalavr proqramının məzunu olmaq lazımdır. Almaniyada həm ingiliscə, həm də alman dillərində müxtəlif magistratura proqramları mövcuddur. Bəzi hallarda isə bu dillərin hər ikisi tələb olunur. İngilis dilini sübut edən sertifikatlardan əsasən TOEFL və İELTS sertifikatları qəbul edilir. Əgər bakalavr tam olaraq ingiliscə keçilibsə, bu halda bir çox universitet ingilis dilinin sübutu üçün sertifikat tələb etmir. Alman dili üçün isə TestDaF, DSH, Goethe institut diplom və sertifikatlarından hər hansı biri lazımdı. Dil səviyyəsi isə proqramdan və universitetdən asılı olaraq dəyişir. Bir sıra hallarda, əsasən texniki fənnlər haqqında olan master proqramları üçün GMAT, GRE kimi sertifikatlar da tələb olunur. Alman universitetlərində magistratura 1 yaxud 2 il davam edir (2 yaxud 4 semestr).

e-Ərizə
• Diplom və Transkript(diploma əlavə)
• Passportun kopyası
• 4 ədəd 3x4 şəkil
• Recomendation 2 ədəd
• Tələbənin motivasiya məktubu (Ərizə-əsaslandırma)
• Dil bilikləri barədə sertifikat (DSH2)
• Dərəcə sertifikatları, tərifnamə və diplomlar
• Qeydiyyat üçün e-Ərizə formasının sürəti

Qeyd: Bütün sənədlər (motivasiya məktubu və sertifikatlar xaric) alman dilinə tərcümə-təsdiq olunmalıdır.
back