Maraqlı və effektiv yollarla müntəzəm olaraq B 2 səviyyəsinə yiyələnmək istəyirsinizsə bizim kurslara müarciət edin

B2 alman dili səviyyəsində hazırlıq kursalrı 7- 8 ay davam edir

Alman dili bilikləri olmayan tələbələr üçün kursun müddəti 7-8 ay davam edir

B1 sertifikatı olan tələbələr üçün 3 ay davam edir

Dərslər həftədə 4 dəfə keçirilir, dərsin müddətit 150 dəq

Kurslarımız tədris proqramında B2 keyfiyyət standartlarına əsaslanır.
more


Almaniyada Yay dil kursları

Tarix: 15-02-2017, 10:33  |  Baxılıb: 4781

more

Proqrama daxildir:

• Kurs
• Qonaqlama
• Visa
• Sığorta
• Uçuş bileti (İstəkdən aslı olaraq)

İştirak edə bilərlər

• Şagirdlər
• Tələbələr
• Müəllimlər
• İşçilər


Almaniyada Dil kursu keçmək üçün tələb olunan sənədlərin siyahısı
• Xarici pasport
• Şagirdlər üçün orta məktəbi oxumag haqqında arayış
-Tələbələr üçün –tələbə bileti
-İşçilər üçün İş yerindən arayı.
more


Tibb kursları

Tarix: 15-02-2017, 10:32  |  Baxılıb: 3740

Tibbi təcrübə kursu keçmək üçün tələb olunan sənədlər

• Tələbə bileti və qiymət kitabçası
• Alman və ya ingilis dili biliyi (B2 və ya intermediate səviyyəsində)
• CV

Proqrama tibb fakültəsinin butun kurs tələbələri və ya artıq universiteti bitirmiş həkimlər müraciət edə bilərlər
more


Rezidenturaya qəbul

Tarix: 15-02-2017, 10:32  |  Baxılıb: 4517

Rezidenturaya qəbul prosesi və tələb olunan sənədlərin siyahısı

Almaniyada rezidentura oxumağla Siz bütün dünyada tanınan diplom əldə etmiş olacaq və klinikaların prestiji yüksək olduğundan inanılmaz kəmiyyətdə iş imkanlarına yol açmış olacaqsınız. Uzun zamandan bəri alman klinikaları ilə qurduğumuz münasibətlər və əlaqələr nəticəsində, müraciətçilərimizin rezidenturaya qəbul olunmasını təmin etmək bizim üçün çox asandır.
more


Magistr pilləsinə qəbul

Tarix: 15-02-2017, 10:32  |  Baxılıb: 4577

Magistratura pilləsinə qəbul prosesi və tələb olunan sənədlərin siyahısı

Almaniyada magistratura pilləsində təhsil almaq üçün arzu olunan magistratura proqramına uyğun bakalavr proqramının məzunu olmaq lazımdır. Almaniyada həm ingiliscə, həm də alman dillərində müxtəlif magistratura proqramları mövcuddur. Bəzi hallarda isə bu dillərin hər ikisi tələb olunur. İngilis dilini sübut edən sertifikatlardan əsasən TOEFL və İELTS sertifikatları qəbul edilir. Əgər bakalavr tam olaraq ingiliscə keçilibsə, bu halda bir çox universitet ingilis dilinin sübutu üçün sertifikat tələb etmir. Alman dili üçün isə TestDaF, DSH, Goethe institut diplom və sertifikatlarından hər hansı biri lazımdı. Dil səviyyəsi isə proqramdan və universitetdən asılı olaraq dəyişir. Bir sıra hallarda, əsasən texniki fənnlər haqqında olan master proqramları üçün GMAT, GRE kimi sertifikatlar da tələb olunur. Alman universitetlərində magistratura 1 yaxud 2 il davam edir (2 yaxud 4 semestr).
more


Studienkolleg və Bakalavr

Tarix: 15-02-2017, 10:32  |  Baxılıb: 5843

Studienkolleg və Bakalavr pilləsinə qəbul prosesi və tələb olunan sənədlərin siyahısı

Alman universitetlərinə qəbul proqramı ildə 2 dəfə, payızda (sentyabr, oktyabr) və qışda (mart, aprel) aparılır. Bu proqram vasitəsiylə həm 11-ci sinif abituriyyentləri, həm də hazırda oxuduğunuz universitetdən alman universitetlərinə keçid edərək, təhsilinizi davam etdirə bilərsiniz.
more


İntensiv Alman dili kursları

Tarix: 15-02-2017, 10:31  |  Baxılıb: 9612

İntensiv Alman dili kursları Alman dilində Beynəlxalq Sertifikat İmtahanlarına hazırlıq
Almaniyada və Alman dilində danışan ölkələrdə təhsil almaq üçün.
Intensiv Alman Dili Kursları SİZLƏRƏ aşağıdakı xidmətləri təklif edir:
1. Almaniyada və Avstriyada təhsil almaq üçün Beynəlxalq Sertifikat İmtahanına hazırlıq
2. A1, A2, B1, B2, C1, TestDaF kursları
3. Almaniyada Rezidenturaya – Aprobasiya imtahanına hazırlıq
4. İngilis, Fransız, İtalyan, Rus dillərində hazırlıq kursları
5. Uşaq Dil Mərkəzi – Biene Maya

Alman dili kursları 2003 – cü ilin oktyabr ayından fəaliyyət göstərir. Odlar Yurdu Universiteti ilə Almaniyanın Ziqen Universiteti arasındaki qarşılıqlı əməkdaşlıq çərçıvəsində alman dili kursalrı uğurla fəaliyyət göstərir. Kurslarımızda müxtəlif universitetlərin tələbələri və Almaniyanın müxtəlif şirkətləri ilə əməkdaşlıq edən şirkətlərdə çalışan iş adamları iştirak edir. İştirakçıların əsas məqsədi kursu uğurla başa vurmaq və beynəlxalq sertifikat imtahanını verib xaricdə təhsillərini davam etdirməkdir. Kurslarımızı bitirən minlərlə tələbə hal – hazırda Almaniyanın və Avstriyanın müxtəlif şəhərlərində təhsil alır və yaxud həkim kimi fəaliyyət göstərirlər.

Almaniyanın universitetlərində və kolleclərində alman dilində təhsil ödənişsizdir. Digər xarici dövlətlərdən fərqli olaraq alman dilini öyrənməklə yüksək təhsilə yiyələnirsiniz. Bu isə xaricdə təhsil almağın ən üstün cəhətidir.
Kurslar həftədə 3, 4 və 5 dəfə olmaqla keçirilir. Qruplarda tələbə sayi 10-12 nəfər,
Dərs saatları, 9: 30, 15: 00, 16: 30, 18: 30, dərslər 2 saat və yaxud tələbə sayından aslı olaraq 3 saat davam edir.
Kursun müddəti intensiv qruplarda 10 ay , qeyri –intensiv qruplarda isə 2 il müddətinə qədər davam edir. Dərs materialları Almaniyadan gətirilir. Tədris zamanı bütün müasir metodlardan istifadə olunur. Dərslər A1,A2,B1,B2, C1 (Höte sertifikat imtahanı) və TestDaF imtahanlarına hazırlıq üzrə aparılır.
Kursda fəaliyyət göstərən müəllimlər Almaniyada təhsil alıblar və yaxud Almaniyada dəfələrlə kurs keçiblər.

Almaniyada Rezidentura - APROBASİYA, Tibb dərsləri alman dilində
Alman dilinin tədrisindən başqa kursalrımızda almaniyada tibb universitetini bitirmiş mütəxəssis tərəfindən Tİbbi Alman dili dərsləri tədris olunur. Bu dərslərin köməyi ilə tibb universitetində təhsil alan tələbələr və klinkalarda işləyən həkimlər Almaniyada heç bir çətinlik çəkmədən həkim kimi işləyə bilərlər. 2012 ci il tarixdən Almaniyada həkim kimi işləmək istəyən xarici vətəndaşlar ixtisasdan alman dilində imtahan ( APROBASİYA- REZİDENTURA) verməlidirlər.Yalnız bu imtahanı verdikdən sonra Siz Almaniyada həkim kimi işləmək statusunu ala bilərsiniz. APROBASİYA imtahanına hazırlıq dərsləri kurslarımızda keçirilir.
Kursun müddəti : dərslər həftədə 3 dəfə 2 saat olmaqla aparılır.Uğurlu imtahan vermək üçün Sizlərə lazımı dəstək göstərilir.
Alman dilini öyrənmək Sizlərə akademik fəaliyyətinizdə,elmi mübadilədə və azərbaycanda fəaliyyət göstərən alman şirkətlərində işləmək üçün böyük dəstəkdir.
Dərslər il ərzində, fasiləsiz aparılır. Dərsin gedişatı zamanı bütün müasir metodlardan istifadə edilir.

Alman dilini öyrənməklə SİZ gələcək karyeranızda əhəmiyyətli uğurlar qazanacagsiniz. ALMAN DİLİNİ BİZİMLƏ ÖYRƏNİN!!!


Odlar Yurdu Universiteti, İntensiv Alman Dili Kursları, Otaq 313
Tel: 0124658527, 0502290050, 0502006628
İnternet səhifəsi : dsh.edu.az
more

"DSH" İntensiv Alman Dili Kursları Almaniya və Avstriya Universitetlərində təhsl almaq məqsədilə xarici tələbələr üçün yaradılmış yüksək səviyyəli alman dili kursları.

Artiq 14 ildir ki, bizim müəllim komandamız DSH, TestDaF, Höte Sertifikat imtahanlarına tələbələrimizi hazırlayır. Yüksək ixtisaslı və peşəkar müəllim komandamızın sayəsində minlərlə kurs iştirakçılarımız kursda iştirak etməklə alman dili biliklərinə yiyələnmiş və hal- hazırda Almaniyanın və Avstriyanın müxtəlif universitetlərində təhsil alırlar və yaxud həkim kimi işləyirlər.

İntensivlik dərəcəsinə görə kurslar iki qrupa bölünür : 5 günlük və 3 günlük olmaqla dərs saatı 3 saat davam edir.

A1, A2, B1, B2, DSH – Test DaF sertifikatına hazırlıq kursları
Üstünlüklərimiz: Beynəlxalq miqyasda tanınmış sertifikatlara tələbələri hazırlaşdırırırq. DSH - TestdaF– sertifikatı Almaniyanın və Avstriyanın bütün universitetləri və ali məktəbləri tərəfindən tanınır.
• Alman dilində dərs vəsaitləri, Almaniyada təhsil alan və təcrübə keçən müəllimlər, alman mütəxəssisi tərəfindən keçirilən danışıq dərsləri, , dil səviyyəsinə görə bölünmüş qruplar (12- 14 tələbə), yüksək səviyyədə oxuma, yazma, dinləmə, başa düşmə
• Dərs prosesində dil öyrənmənin bütün müasir metodlarından istifadə olunur
• Həftə sonları tələbələr üçün əlavə şifahi nitq dərsləri keçirilir
Dərs prosesi 4 əsas istiqamət üzrə aparılır:
1. Şifahi mətnin dinlənib qavranılması
2. Mətnin oxunub analiz olunması (Qrammatika)
3. Esse yazma bacarığı
4. Şifahi imtahana hazırlıq

Mərkəzimiz tədris prosesində TestDaF institutunun keyfiyyət standartlarına əsaslanır.

Kursun müddəti: 1 il həftədə 4-5 dəfə, 2 il həftədə 3 dəfə dərsin müddəti 3 saat olmaqla
Dərs saatları: 9 :30, 15:00, 16:30, 18:30
Qrupda tələbə sayı – 12 – 14 nəfərdir

Ünvan : Odlar Yurdu Universiteti, otaq 313
Koroğlu Rəhimov küç. 13
Tel: (99412) 4658527
Mob: (99450) 0502006628, 0502290050
more


Tədris sistemi

Tarix: 15-02-2017, 10:30  |  Baxılıb: 4111

İştirakçılarımız: Alman dilini qısa müddətdə öyrənmək istəyən və ya daha da inkişaf etdirmək istəyən tələbələr və iş adamları

Üstünlüklərimiz: Beynəlxalq Sertifikat İmtahanlarına hazırlaşdırırıq. Höte ( A1, A2,B1,B2,C1) , TestDaF - DSH – sertifikat imtahanlarına hazırlaşdırırıq.

• Alman dilində dərs vəsaitləri, Almaniyada təhsil alan və təcrübə keçən müəllimlər, alman mütəxəssisi tərəfindən keçirilən danışıq dərsləri, dil səviyyəsinə görə bölünmüş qruplar (12- 14 tələbə), yüksək səviyyədə oxuma, yazma, dinləmə, başa düşmə

• Dərs prosesində dil öyrənmənin bütün müasir metodlarından istifadə olunur

• Həftə sonları tələbələr üçün əlavə danışıq dərsləri keçirilir


Dərs prosesi 4 əsas istiqamət üzrə aparılır:
1.Mətni dinləmə və başa düşmə
2. Mətni oxuma və suallara cavab vermə
3. İnşa yazma
4. Qrammatik tapşırıqlar


DSH – TestDAF intensiv alman dili kursları üçün qeydiyyat bütün il boyu davam edir: sentyabr ( sentyabr ayında dərsə başlamaq istəyən iştirakçılar aprel, may, iyun və avqust aylarında) və yanvar ( yanvar ayında dərsə başlamaq istəyən iştirakçılar isə oktyabr, noyabr, dekabr aylarında qeydiyyatdan keçə bilərlər)
more

Əvvəlki səhifə Növbəti səhifə